Musiqisi Firəngiz Babayevanın, sözləri Fikrət Qocanındır.
Bu gün səni gördüm,
Yenə çiçəklər açdı.
Gözlərinə baxdım,
Yenə dilim dolaşdı.
Nəqarət:
Sevən ürək susar,
Səni bircə gün görməsəm,
Dəli könlüm küsər,
Mənə gözlərin gülməsə.
Ürəyi sınamazlar,
Sınayıb da qınamazlar.
Daş deyil, ürəkdir bu,
Ürəklə oynamazlar.
Bahar kimi gəldin,
Gülüm, mən bahar oldum.
Bu gün səni gördüm,
Yenə bəxtəvər oldum.