Qafqaz Univ" /> Qafqaz Univ"/>
Qafqaz Universitetində "I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu" keçirilib.
Qafqaz Universitetində Azərbaycan Təhsil Nazirliyi, Türkiyə Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), "Qayə" Fondu, Yunus Əmrə İnstitutu, Şəki rayon İcra Hakimiyyəti və "Dialoq Avrasiya" Platforması ilə birlikdə "I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu"nun ilk iclası keçirilib. İclasda türk dünyasının görkəmli şairi Bəxtiyar Vahabzadənin əsərlərini və fikirlərini müzakirə etmək üçün 6 ölkənin 35 universitet və tədqiqat mərkəzindən 100-dən çox elm adamı bir araya gəlib.